Məhkəmə “189 Taxi Xidməti” MMC-nin şikayətini təmin etməyib

10:56 - 25 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Bakı Apellyasiya Məhkəməsində “189 Taxi Xidməti” MMC-nin Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə qarşı iddiası əsasında verdiyi məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

"Report" xəbər verir ki, hakim Vidadi Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, “189 Taxi Xidməti” MMC-nin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, “189 Taxi Xidməti” MMC Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC qərarın ləğv edilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı rədd edib. Qərardan narazı qalan “189 Taxi Xidməti” MMC apellyasiya şikayəti verib. Üçüncü şəxs qismində isə “Call Center” MMC göstərilib.

Xəbər xətti