Uruqvayın keçmiş prezidenti dünyasını dəyişib

10:51 - 25 Oktyabr 2016 - Xəbər

Uruqvayın keçmiş prezidenti Xorxe Batle 88 yaşında dünyasını dəyişib. Bu barədə "TASS" agentliyi məlumat yayıb. Oktyabrın 13-də keçmiş prezident huşunu itirmiş və xəstəxanaya yerləşdirilmişdi. Sağ mərkəzçi "Kolorado" partiyasından olan Batle 2000-2005-ci ildə prezident postunu tutub. 2002-ci ildə onun təşəbbüsü ilə Uruqvayla Kuba arasındakı diplomatik münasibətlər pozulub. Bundan başqa, Cənubi Amerikanın bu ölkəsində ən böyük bank böhranı da 2002-ci ilə - Batlenin prezidentliyi dövrünə təsadüf edir.

Xəbər xətti