Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı

17:20 - 24 Oktyabr 2016 - İQTİSADİYYAT

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 milyon manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 24 milyon manat təşkil edib.

Bu barədə AMB-yə istinadən xəbər verir.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə illik 14,37% olub.

Xəbər xətti