Ana səhifə
19 Oktyabr 2018

MTRŞ: Efirin toyxanaya çevrilməsi tendensiyası davam edir

Milli Televiziya və Radio Şurası (MTRŞ) “Space” telekanalında yayımlanan “Bu maraqlıdır” verilişində baş verənlərə münasibət bildirib. MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov APA-ya açıqlamasında deyib ki, “Bu maraqlıdır” verilişində hər hansı qanun pozuntusu olmasa da, verilişdə baş verənlər efirin toyxanaya çevrilməsi tendensiyasının davam etdiyini göstərir: “Bu tipli verilişlər xüsusilə “Space”də çoxdur. Hər dəfə bu mövzuda irad bildirəndə, yayımçılar, o cümlədən “Space”, reytinqi bəhanə gətirir. Teleradio məkanımızda bu mövsüm ciddi reytinq yarışı hiss olunur. Bunun da fəsadları göz önündədir”.

Qeyd edək ki, “Space” telekanalının efirində yayımlanan “Bu maraqlıdır” verilişində toy səhnəciyi qurulub, aparıcı tamaşaçılarla birlikdə ayaqyalın rəqs edib.

Tarix
24 Oktyabr 2016 [15:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin