Nəqliyyat vasitəsindən mobil telefon aşkar edildi - 27 ədəd

15:40 - 24 Oktyabr 2016 - HADİSƏ

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib. Bu barədə Ucnoqta.az-a DGK-dan bildirilib.

Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilən 27 ədəd mobil telefon, 13 ədəd adapter, 11 ədəd qulaqcıq və 29 ədəd mobil telefon qutusu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti