Bakıya uçuşlara başlayır -"Air Arabia"

12:31 - 24 Oktyabr 2016 - Xəbər

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aşağıbüdcəli aviaşirkəti (loukoster) olan "Air Arabia" Azərbaycana uçuşlara başlayır.

Ucnoqta.az xəbər verir ki, loukoster 2017-ci ilin martın 23-dən etibarən həftədə 4 dəfə "Şarjah" beynəlxalq hava limanından Bakıya uçuşlar yerinə yetirəcək.

"Tarix və müasirliyi özündə birləşdirən Bakı bizim üçün cəlbedici istiqamətdir. Bu aviareysi açmaqla biz BƏƏ və Azərbaycan arasında ticari və turizm əlaqələrini genişləndirmək niyyətindəyik", - deyə "Air Arabia" aviaşirkətinin baş icraçı direktoru Adel əl-Əli qeyd edib.

Xəbər xətti