Ər arvadını döyərək öldürdü - Bakıda

11:10 - 24 Oktyabr 2016 - HADİSƏ

Bakıda ər arvadını döyərək ona ağır xəsarətlər yetirib. "Report"un xəbərinə görə, hadisə Xətai rayonu Yusif Səfərov küçəsi ev 15/5 ünvanında qeydə alınıb. Belə ki,1979-cü il təvvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Qadın aldığı zərbələrdən xəstəxanada ölüb. Məlum olub ki, D.Hüseynovanı əri 1974-cü il təvvəllüdlü Namiq Əkbərzadə ailə-məişət zəminində döyüb. Faktla bağlı Xətai Rayon Prokuroluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər xətti