Azərbaycanda bir ayda 16 min kredit kartı dövriyyədən çıxarılıb

11:08 - 24 Oktyabr 2016 - İQTİSADİYYAT

Cari ilin avqust ayında Azərbaycanda kredit kartları ilə ölkə daxilində 188 mln. manat həcmində 946 min əməliyyat həyata keçirilib.  Mərkəzi Bankadan verlən xəbərə görə, aylıq müqayisədə əməliyyatların həcmində 40 mln. manat və ya 27%, əməliyyatların sayında isə 93 min və ya 11% artım olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə həm əməliyyatların sayında, həm də həcmində azalma qeydə alınıb. Əməliyyatların həcmi ötən ilin eyni ayı ilə müqayisədə 16 mln. manat və ya 7,8%, sayı isə 594 min və ya 38,6% azalıb.

Azərbaycanda dövriyyədə olan kredit kartlarının sayı avqustda 16 min və ya 2,2% azalaraq 2016-cı il sentyabrın 1-nə 728 min ədədə enib. İlin əvvəli ilə müqayisədə kredit kartlarının sayında 282 min ədəd və ya 28%, illik müqayisədə isə 433 min ədəd və ya 37% azalma qeydə alınıb.

Xatırladaq ki, cari il sentyabrın 1-nə Azərbaycanda 5 270 min ədəd ödəniş kartı dövriyyədə olub ki, bunun da 2 363 min ədədini sosial kartlar, 1 531 min ədədini əmək haqqı kartları təşkil edib.

Xəbər xətti