Dünyanın ən varlı qadınları - SİYAHI

15:45 - 21 Oktyabr 2016 - MARAQLI

Bir çox hallarda dünyanın "ən varlı kişiləri", "dünyanın ən varlı şeyxləri" kimi reytinq cədvəllərinə rast gəlirik. Amma planetimizdə kişilərlə yanaşı çox varlı qadınlar da var. Siyahıya baxanda məlum olur ki, zərif cinsin nümayəndələrinin cibi heç də kişilərin cibindən kasıb deyil. Biznes sahəsində qadınlar kişilərdən heç də geri qalmayıblar. Dünyanın məşhur "Forbes" jurnalı 2016-cı ilin nəticələrinə əsasən, planetin ən varlı qadınlarının siyahısını tərtib edib.

Ucnoqta.az həmin siyahını sizə təqdim edir:

Lilian Bettankur, Fransa

Yaşı: 93
Sərvəti: 36.1 milyard dollar
Gəlir mənbəyi: L'Oréal
Lilian Bettankur və onun ailəsi "L'Oréal" parfümeriya şirkətinin səhmlərinin 30%-nə sahibdir. Atası 1957-ci ildə vəfat etdikdən sonra Lilian bu imperiyanın yeganə varisidir. Amma qızı Fransuza ilə uzun sürən məhkəmə çəkişmələrindən sonra Lilian alsqeymer xəstəsi elan edildi. Belə olduğu halda onun 25 yaşlı nəvəsi Jan-Viktor Meyer məhkəmənin qərarı ilə Bettankurun varisi elan edildi. Əmlakın idarə edilməsi isə qızına tapşırıldı. Lilian ailəsinin təzyiqi nəticəsində onun qızı şirkət idarəçiliyindən uzaqlaşdı və Jan-Viktor bu posta təyin edildi.


Elis Uolton, ABŞ

Yaşı: 66
Sərvəti: 32.3 milyard dollar
Gəlir mənbəyi: Wal-Mart
Elis "Wal-Mart" şirkətinin banisi Sem Uoltonun qızıdır. Sem bu şəbəkəni 1962-ci ildə qurub. Qardaşları Robert və Cimdən fərqli olaraq, Elisin sahibkarlıq qabiliyyəti yoxdur və kolleksionerliklə məşğul olur, incəsənət xadimlərinə kömək edir. 2011-ci ildə Elison Arkanzas ştatı, Bentonvill şəhərində Amerika incəsənətinə aid "Crystal Bridges" muzeyini açıb. Bu muzeydə Endi Uorxol, Corcia Okif, Norman Rokvell kimi rəssamların əsəri toplanıb. "Wal-Mart"-ın varisi, eyni zamanda Respublikaçılar partiyasının ən səxavətli sponsoru kimi də tanınır. Hillari Klintonla rəfiqədir.


Jaklin Mars, ABŞ

Yaşı: 76
Sərvəti: 23.4 milyard dollar
Gəlir mənbəyi: Mars İNC
Jaklin Mars məşhur Mars ailəsinin üçüncü nəsil nümayəndəsidir. Dünyanın ən böyük qənnadı şirkəti Mars İNC-dir. Onun illik satışı 33 milyard dollardır. 1999-cu ildə atası Forrest Mars vəfat etdikdən sonra, şirkətin səhmləri Jaklin, Con və Forrest arasında bölüşdürülüb. Jaklinin babası 1911-ci ildə dünyanın şokolad istehsal edən ilk mətbəxini açıb. Ailənin bütün üzvləri şirkətin direktorlar şurasına daxildir.


Mariya Franka Fissolo, Monako

Yaşı: 98
Sərvəti: 22.1 milyard dollar
Gəlir mənbəyi: Ferrero
Mariya Franka əri Mişel Ferrero 2015-ci ilin fevral ayında vəfat etdikdən sonra bu kapitala varislənib. Mişel isə məşhur "Ferrero" şirkətinin banisidir. Onun atası Mişel Pyetro ikinci dünya müharibəsi illərində şokolad istehsalı ilə məşğul olmağa başlayıb. Arvadının köməyi ilə qozlu-fındıqlı şokolad yağı "Nutella"nı kəşf edib. Mişelin dövründə şirkət dünyanın ən nəhəng qənnadı şirkətlərindən birinə çevrilir. O, 1987-ci ildə oğlu Pyetro və Covannini şirkətin direktoru vəzifəsinə təyin edir. Velosiped yarışlarının həvəskarı Pyetro 2011-ci ildə CAR-da keçirilən təlim yarışlarında həlak olub. Covanni şirkət rəhbəri olmaqdan əlavə, uğurlu ədəbiyyatçıdır.


Syüzanna Klatten, Almaniya

Yaşı: 53
Sərvəti: 28.5 milyard dollar
Gəlir mənbəyi: BMW, dərman istehsalı
Syüzanna Almaniyanın ən varlı qadınıdır. Atası Gerbert Kvandt BMW avtomobil konserninin banisidir. Syüzanna şirkətin 12.6 faiz səhmlərinin sahibidir. Syüzanna və qardaşı Stefan 2015-ci ildə anaları dünyasını dəyişdikdən sonra şirkətin 50% səhmlərinə yiyələniblər. Bundan başqa, Syüzanna "Altana" dərman şirkətini idarə edir və "Nordex AG" şirkətində də payçıdır. Ailə eyni zamanda "Geohumus" və "SGL" şirkətlərinin də səhmlərinin bir hissəsinə sahibdir.


Loren Pauell Cobs, ABŞ

Yaşı: 52
Sərvəti: 16.7 milyard dollar
Gəlir mənbəyi: Apple, Disney
Loren "Apple" şirkətinin banisi Stiv Cobsun arvadıdır. Eyni zamanda, ərinin ölümündən sonra "Disney" səhmlərinin də böyük bir hissəsi ona miras qalıb. Qadın bundan başqa "Emerson Collective" təşkilatının, "College Track" proqramının da sahibidir.


Ebigeyl Conson, ABŞ

Yaşı: 54
Sərvəti: 13.1 milyard dollar
Gəlir mənbəyi: maliyyə
Ebiqeyl 2014-cü ilin oktyabr ayında "Fidelity İnvestments" korporasiyasında atasının yerinə direktor vəzifəsinə təyin edilib. Şirkət ABŞ-da ikinci ən böyük maliyyə strukturu sayılır. Onun aktivlərinin dəyəri 2 trilyon dollardır. Şirkət səhmlərinin 24%-i Ebiqeylə məxsusdur.


Şarlen de Karvalyo-Heyneken, Hollandiya

Yaşı: 61
Sərvəti: 12.3 milyard dollar
Gəlir mənbəyi: Heineken
Şarlen pivə nəhəngi "Heineken" şirkəti səhmlərinin 25%-inə sahibdir. Bu isə onun Hollandiyanın ən varlı qadını olduğunu ifadə edir. 10 il əvvəl atası Freddi Heyneken dünyasını dəyişdikdən sonra, Şarlen səhmlərə sahib olub. Onun oğlu Aleksander de Karvalyo 2015-ci ilin aprel ayında şirkət rəhbərliyinə keçib. Şirkətin 65 ölkədə 170 brendi var.
Bundan əlavə, Hollandiyanın ən varlı qadını foto, musiqi, arxitektura və xizəkçiliklə məşğul olur.


Ayris Fontbona, Çili

Yaşı: 73
Sərvəti: 10.1 milyard dollar
Gəlir mənbəyi: dağ-mədən sənayesi
Ayrisin əri milyarder Androniko Luksisa 2005-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Onun biznes imperiyası arvadı və 3 oğlu arasında bölüşdürülüb. Oğlanlardan biri də 2013-cü ildə xərçəng xəstəliyindən vəfat edib. Ailə dünyanın ən böyük mis yatağına, dəzgah istehsalı ilə məşğul olan şirkətin, "Quinenco" içkilərinin nəzarət paketinə, Çili Bankının səhmlərinə sahibdir. Eyni zamanda, energetika, nəqliyyat sahəsində fəaliyyət göstərən şirkətlər, toxuculuq fabrikləri, Xorvatiyada iki kurort mərkəzi də ailəyə məxsusdur.


Massimiliana Landini Aleotti, İtaliya

Yaşı: 73
Sərvəti: 10.1 milyard dollar
Gəlir mənbəyi: dərman sənayesi
2014-cü ilin may ayında "Menarini" adlı dərman istehsalı ilə məşğul nəhəng şirkətin sahibi Alberto Aleotti dünyasını dəyişdi. Onun arvadı və iki övladı bu şirkətin varisləridir. Alberto 1964-cü ildə "Menarini" şirkətində işləməyə başlayır. Şirkəti dünya bazarına çıxarır. 1990-cı illərin əvvəlində isə şirkəti sahiblərindən satın alır. Onun rəhbərliyi altında şirkət dünyanın ən nəhəng dərman şirkətlərindən birinə çevrilir. Şirkətin 16 min işçisi var. 2015-ci ildə "Menarini"nin gəliri 3.6 milyard dollar idi. Hal-hazırda şirkət Albertonun qızı Alberto Luçiya və oğlu Alberto Covanni tərəfindən idarə edilir. //ölkə.az//

Xəbər xətti