İki maşın toqquşdu - Göygöldə

10:58 - 21 Oktyabr 2016 - HADİSƏ

Gecə saatlarında Göygöl şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, qəza iki avtomobilin toqquşması nəticəsində qeydə alınıb.
Hadisə zamanı hər iki maşının sürücüsü - 1996-cı il təvəllüdlü Göygöl rayon sakini Məmmədov Məmməd Mahiyəddin oğlu və 1963-cu il təvəllüdlü rayon sakini Aşırov Ayaz Müzəffər oğlu müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onlara dərhal tibbi yardım göstərilib və yaralılar Travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstələrin vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti