Xətai rayonunda yol qəzası baş verib - FOTO

10:55 - 21 Oktyabr 2016 - HADİSƏ

Səhər saatlarında Bakının Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, qəza paytaxtın Mehdi Mehdizadə və Ayaz İsmayılov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, Mehdi Mehdizadə küçəsi ilə hərəkətdə olan "KİA Cerato" markalı minik maşını yol hərəkəti qaydasını pozaraq onun qarşısına çıxan "Hundai Accent"lə toqquşub. Qəza nəticəsində ölən və yaralanan olmayıb.

Xəbər xətti