Misir, Fələstin və Sinqapur liderləri Azərbaycan prezidentini təbrik ediblər

17:12 - 20 Oktyabr 2016 - Xəbər

 Misir prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. APA-nın məlumatına görə, onun təbrik məktubunda deyilir:
“Hörmətli cənab prezident, zati-alinizi Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu xoş fürsətdən istifadə edib, bildirmək istərdim ki, dost ölkələrimiz və xalqlarımız arasında möhkəm əlaqələr və hərtərəfli qarşılıqlı əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza bu əlamətdar gün münasibətilə rifah və tərəqqi arzu edirəm”.
İ. Əliyevi həmçinin Fələstin Dövlətinin prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas təbrik edib. Onun məktubunda deyilir: “Hörmətli cənab prezident, zati-alinizi, qardaş Azərbaycan hökuməti və xalqını Müstəqillik Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bu münasibətlə Sizə, ölkənizə və qardaş Azərbaycan xalqına tərəqqi, xoşbəxtlik və rifah arzulayır, xalqlarımızı və ölkələrimizi birləşdirən möhkəm qardaşlıq əlaqələrinə dərin ehtiramımızı ifadə edir, bu əlaqələrin inkişaf etdirilməsi və ölkələrimiz üçün xeyirli olan müştərək məqsədlərimizə xidmət naminə aramızdakı qardaşlıq, əməkdaşlıq yollarının davam etdirilməsindən sonsuz məmnunluq duyuruq. Sizin xalqımızın hüquqlarına və müstəqil Fələstin Dövlətinin yaradılmasına göstərdiyiniz qardaşlıq dəstəyinizə görə minnətdarlığımızı bildiririk. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət arzulayıram. Xahiş edirəm ən səmimi təbriklərimi qəbul edin”.
Azərbaycan prezidentini sinqapurlu həmkarı Toni Tan Kenq Yam da təbrik edib.

Xəbər xətti