“Qarabağ”da PAOK-la oyunöncəsi ciddi itki

15:28 - 20 Oktyabr 2016 - İDMAN

Avropa Liqasının qrup mərhələsində bu gün PAOK-la qarşılaşacaq “Qarabağ” ciddi itki ilə üzləşib. Komandanın yarımmüdafiəçisi Migel Madeyra zədə səbəbindən bugünkü matçı buraxacağı dəqiqləşib. Klubun mətbuat xidmətindən Qol.az-a verilən açıqlamada məlumatı təsdiqləyiblər.
Bundan başqa, hücumçu Reynaldo Silva və müdafiəçi Rəşad Sadıqov da zədəlidir. Onların meydana çıxıb-çıxmayacağı isə hələ dəqiqləşməyib.
Qeyd edək ki, “Qarabağ” – PAOK matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbər xətti