Qubada 48 yaşlı kişi özünü asdı

11:49 - 20 Oktyabr 2016 - HADİSƏ

Quba rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 1968-ci il təvəllüdlü Hafiz Hacıəhməd oğlu Şirinov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər xətti