Ana səhifə
13 Noyabr 2018

“Ordumuzun igidləri” təqdim olundu

Rəngarəng repertuar və fərqli layihələrlə tamaşaçıların diqqət mərkəzində olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir  tədbiri reallaşdırdı.  Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, belə ki, oktyabrın 19-da teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının fəallarının ifasında hərbi vətənpərvərlik mövzusunda “Ordumuzun igidləri” adlı mahnıya çəkilmiş klipin təqdimatı oldu.

 Daim ilklərə imza atan, yetişən nəslin bədii-estetik zövqünü formalaşdırmağa çalışan studiyanın fəallarının ifa etdiyi mahnının sözləri Cəmilə Allahverdiyevaya, musiqisi Gövhər Həsənzadəyə aiddir.
Teatrın 85 illik yubileyi çərçivəsində reallaşan bu layihə özünün ilk təşəbbüs olmasından əlavə həm də  vacib məqamı – uşaqların hərbi vətənpərvərlik ruhunda yetişdirilməsini önə çəkir.
Təqdimat mərasimində çıxış edən teatrın direktoru 
Rəşad Əhmədzadə klipi ideyasının da məhz bu amala xidmət etdiyini vurğuladı.
O, mütəmadi tamaşalar hazırlayan, tədbirlər təşkil edən teatrın bu layihəsinin respublika teatrları arasında ilk təşəbbüs olmasından məmnunluq ifadə etdi.
Çıxışında  bu maraqlı və məsuliyyətli işi öhdəsinə götürən hər kəsə  minnətdarlığını bildirdi.
Mərasimdə çıxış edən “Oyuq” teatr-studiyasının uşaq  qrupunun rəhbəri Səidə Haqverdiyeva, mahnının söz müəllifi Cəmilə Allahverdiyeva belə bir mövzuda ilk təşəbbüsü onların teatr-studiyasının həyata keçirməsindən qürur duyduqlarını dedilər. 
Daha sonra özündə 2016-cı ilin aprel döyüşlərini, Lələtəpə zəfərini əks etdirən yüksək  vətənpərvərlik ruhlu klip təqdim edildi.  
Klipin nümayişindən sonra “Oyuq” teatr-studiyasının fəalları Nuray Rəhman, Vüsalə Bəkirzadə, Selcan Müseyibova, Aylin Nəcəfli, Aysu Cəbrayılova, Miryaqub Seyidov və Razim Məmmədlinin ifalarında rəngarəng konsert proqramı  təqdim olundu.
Təqdimat mərasimində Qarabağ əlliləri, şəhid ailələri və hərbçilər də iştirak edirdi.

 

Tarix
19 Oktyabr 2016 [17:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin