“Fənərbaxça”nın təyyarəsi Budapeştə məcburi eniş edib

15:19 - 19 Oktyabr 2016 - DÜNYA

 Avropa Liqasının qrup mərhələsində “Mançester Yunayted”lə qarşılaşacaq “Fənərbaxça” İngiltərəyə yola düşüb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İstanbul təmsilçisi səfər zamanı ciddi problemlə üzləşib.
Belə ki, komandanı İngiltərəyə aparan təyyarə Macarıstanın paytaxtı Budapeştə məcburi eniş edib. Buna səbəb pilot kabinəsinə quşun çırpılması olub. Kabinə təmir edildikdən sonra təyyarə yenidən yola düşəcək. Klub prezidenti Əziz Yıldırımın da yer aldığı hava gəmisi hazırda Budapeştdə təmirin başa çatmasını gözləyir.
Qeyd edək ki, “Mançester Yunayted” – “Fənərbaxça” matçı sabah baş tutacaq.

Xəbər xətti