Qaxda 74 yaşlı kişi intihar edib

15:12 - 19 Oktyabr 2016 - HADİSƏ

 Qax rayonunda  intihar hadisəsi baş verib. 
"Report"un Şimal-qərb bürosu xəbər verir ki, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb. 
Belə ki, həmin küçənin sakini 1942-ci il təvəllüdlü Çingiz Mürsəl oğlu Razıyev yaşadığı evin mətbəxində özünü asıb. Yaxınlarının verdiyi məlumata görə o, intihar edərkən həyat yoldaşı evdə olub və ərini mətbəxdə asılı vəziyyətdə görərək qonşuları köməyə çağırıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Ç.Razıyevin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Qax rayon şöbəsinə aparılıb.
Faktla bağlı Qax Rayon Prokoruoluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb araşdırma aparılır.

Xəbər xətti