Tofiq Bəhramov adına Respublika Stadionu "Qarabağ" - PAOK oyununa hazırdır

14:55 - 19 Oktyabr 2016 - İDMAN

Futbol üzrə Avropa Liqasının J qrupunda "Qarabağ"la Yunanıstan PAOK-u arasında keçiriləcək Tofiq Bəhramov adına Respublika Stadionu komandaları qəbul etməyə hazırdır.
Stadionun direktoru Şamil Quliyevin "Report"a verdiyi məlumata görə, bir müddətdir ot örtüyünün yararsız olması səbəbindən təmirə bağlanan mərkəzi arena tam hazır vəziyyətə gətirilib. O bildirib ki, aramsız yağışlar yeni ot örtüyünə heç bir ziyan vurmayıb. Hazıra arenanın ot örtüyü Qəbələ şəhər stadionuna qulluq edən ingilis Filip Şarplesin nəzarətindədir.
Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - PAOK oyunu saat 21:00-da başlayacaq.

Xəbər xətti