Bu gün ÇL-nin qrup mərhələsinin üçüncü turunun son oyunları keçiriləcək

14:16 - 19 Oktyabr 2016 - İDMAN

Oktyabrın 19-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turuna yekun vurulacaq. XəzərXəbər xəbər verir ki, üçüncü turun sonuncu günündə “A”, “B”, “C” və “D” qruplarında yer alan komandalar qarşılaşacaqlar.
“A” qrupunda İngiltərənin “Arsenal” komandası Bolqarıstanın “Ludoqorest” kollektivini qəbul edəcək. Fransanın “PSJ” klubu isə İsveçrənin “Bazel” komandası ilə üz-üzə gələcək.
“B” qrupunda İstanbulun “Beşiktaş” komandası İtaliyanın “Napoli” klubunun qonağı olacaq. Qrupun digər oyununda “Dinamo Kiyev” Portuqaliyanın “Benfika” komandasını qəbul edəcək.
“C” qrupunda “Seltik” “Şotlandiya” komandası Almaniyanın “Borussiya Münxenqladbax”, “Barselona” klubu isə “Mançester Siti” kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək.
“D” qrupunda isə “Rostov” (Rusiya) – “Atletiko Madrid” və “Bavariya” – “PSV Eyndhoven” oyunları keçiriləcək.

Oyunlar Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur
19 oktyabr
 
A qrupu
22:45. “Arsenal” (İngiltərə) – “Ludoqorets” (Bolqarıstan)
22:45. PSJ (Fransa) – “Bazel” (İsveçrə)
 
B qrupu
22:45. “Napoli” (İtaliya) – “Beşiktaş” (Türkiyə)
22:45. “Dinamo” (Kiyev, Ukrayna) – “Benfika” (Portuqaliya)
 
C qrupu
22:45. “Seltik” (Şotlandiya) – “Borussiya” (Mönhenqladbax, Almaniya)
22:45. “Barselona” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
 
D qrupu
22:45. “Rostov” (Rusiya) – “Atletiko” (İspaniya)
22:45. “Bavariya” (Almaniya) – PSV (Hollandiya)

Xəbər xətti