Tiflisin əhalisi bütünlüklə müsəlman türklərdən ibarət idi

18:07 - 19 Oktyabr 2016 - KİVDF

İbn Hövqəl Aranın şəhərlərindən danışarkən, Tiflisin də adını bu siyahıda göstərmişdir

Mənbələr Tamaranın (Xll əsr) saraynda qıpçaq dilində danışıldığını, ordunun da qıpçaqlardan ibarət olduğunu göstərməkdədir. Bu faktı A. Krımski də təsdiq etmək məcburiyyətində qalmışdır: “Tamaranın sarayında türk dili heç də istisna deyildi.  Amma bu, Xl əsrdə Səlcuqlu istilaları dövründə Orta Asiyadan Qafqaza gələn və Gürcüstanın tam sərhəddində, o cümlədən Gəncə yaxınlğındakı Aranda məskunlaşan, öz köçəri məişətini davam etdirən və hərbi yürüşlərə meyilli olan müsəlman türklərin dili deyildi. Tamara, təbii ki, onları da tanıyırdı və onun hökuməti onların Kür və İori çaylarının qovşaq sahillərinə yürüş etməmsinə çox diqqət edirdi. Tiflis sarayında isə hörmət və sevgi sahibi olanlar isə… başqa türklər – poloveslər, yəni qıpçaqlar idi.  Xll əsirdə bu qıpçaqsevərlik gürcü çarlğında (?!) irsi idi, şəxsi türk qvardiyası çara təhlükələr vaxtı feodallara hərbi güc üçün müraciət etməməyə imkan verirdi”.
Xatırladaq ki, Mahmud Kaşğarlının Xl əsrdə cızdığı xəritədə bütün Qafqaz ərazisi, o cümlədən bugünkü Gürcüstan ərazisi “Dəbənd – Xəzəran”, yəni “Xəzərlər ölkəsi” kimi göstərilmiş, Azərbaycan isə ondan cənubda qeyd edilmişdir. Yeni türk Ensiklopediyasının Xl cildinin 4371 – ci səhifəsində bildirilir: “…Acarlar əslən kuman – qıpçaq türkü olub, ortodoksluq yolu ilə gürcüləşmişdir”. Əl – İstəhri Azərbaycanın batı (qərb) və quzey sərhədlərindən söz açarkən, Lan ölkəsinin adını çəkir: “Azərbaycan, Arran və Ərməniyyəni biz bir xəritədə yerləşdirib, vahid iqlim (kimi qəbul) etdik. Şərqdən buranı Cibəl, Deyləm, Xəzər dənizinin qərb (hissəsi), qərbdən Ərmən və Lan sərhədləri, Cəzirə sərhəddinin bir hissəsi, şimaldan Lan və Qabq (Böyük Qafqaz) dağları, cənubdan İraq və Cəzirə sərhədlərinin bir hissəsi var.” Məlumat üçün bildirək ki, ərəblər Lan deyərkən, qədim yunanların Alaniya (alanlar ölkəsi) adlandırdıqları və bugünkü Rusiyanın Gürcüstanla sərhəd olan Quzey Qafqaz torpaqlarını nəzərdə tuturdular. Lan ölkəsinin Azərbaycanın şimal və qərb sərhədlərini təşkil etməsi indiki Gürcüstanın böyük hissəsinin, eləcə də Dağıstanın, Çeçenistanın və İnquşetiyanın Terek çayına qədər olan hissəsinin “Azərbaycan” anlayışına daxil olduğunu sübut etməkdədir. Təsadüfi deyil ki, Yaqut əl – Həməvi “Möcəm əl – Buldan” əsərində Əbu Təmmamın Əbu Səid Səqəriyə ithaf ediyi şerində rast gəlinən “druz” (durdzuk”, çeçenlərin əski adı) yer adından söz açarkən onun Azərbaycan hüdudları içində olduğunu vurğulamışdır. Xlll əsrin əvvəllərində qələmə alınmış farsdilli anonim bir mənbədə (Əcaib əd – dünya) “Lan” əvəzinə “Alaniya” yazılmışdır: “Alaniya. Bu şəhər Abxazla Qıpçaq arasında yerləşir. Orada çoxlu müsəlman yaşayır.” Maraqlıdır ki, Əl – İstəhri, Azrbaycan əhalisindən, daha dəqiq desək, Xəzərin qərbindəki geniş düzənlikdə yaşayan əhalidən danışarkən, onları “ğuz”, yəni “oğuz” adlandırmış və onların türk boylarından biri olduğunu qeyd etmişdir. Bu da Atropatenanın əsas sakinlrinin uksilər (oğuzlar) olduğunu bildirən antik müəlliflərin dedikləri ilə üst – üstə düşür. Əl – İstəhrinin xahişi ilə onun əsərini genişləndirən və ona şərhlər yazan X əsr müəllifi İbn Hövqəl Azərbaycanın, daha dəqiq desək, Aranın şəhərlərindən danışarkən, Tiflisin də adını bu siyahıda göstərmişdir.  X əsrin digər müəllifi Əl – Müqəddəsi də özünün “Kitab əhsən ət – təqasim fi – mərifət əl – əqalim” adlı əsərində  Tiflisi Aranın, yəni Azərbaycanın şəhərlərindən biri kimi qeyd etmişdir. O, eyni zamanda yazmışdır: “Azərbaycanın dağları Xarisdən və Xuvayrisdən başlamış Aqara Varzaqan silsiləsinə qədər, sonra şimala tərəf Tiflisə doğru uzanır, orada bu silsilələrlə Kabk (Kazbek) sıra dağları birləşir. Bu dağlar çox böyükdür.”
Mənbəlrdən belə aydın olur ki, Azərbaycanın, daha dəqiq desək, Aranın tarixi şəhərlərindən olan Tiflis artıq Xl əsrdə xəzər (qıpçaq) – gürcülərin əlinə keçmiş və bir müddət Gürcüstanın (Kartvelobanın) paytaxtı olmuşdur. Şəhərin əhalisi isə bütünlüklə müsəlman türklərdən ibarət idi. Qıpçaq – gürcülər buna müsəlman oğuzlarla ədavət aparan digər xristian qıpçaqların (Didi Türkoba əhalisinin) yardımı sayəsində nail olmuşdular. Tiflisin o dövrki vəziyyəti barədə fars dilində (Xlll əsrin əvvəllərində, Əbubəkr İldəgizin hakimiyyəti dövründə) qələmə alınmış, müəllifi məlum olmayan “Əcaib əd – Dünya” adlı kitabda bunlar yazılmışdır: “Bu, böyük və müdafiəsi yaxşı təşkil edilmiş, əlçatmaz bir dərədə yerləşən şəhərdir. Şəhərin tam ortasından keçən çayın üzərində böyük bir körpü inşa ediblər, körpünü ətrafında çoxlu sayda ticarət yerləri hazırlayıblar. Şəhərlə üzbəüz yaxşı inşa edilmiş qəsr var, qəsrdə hökmdarların saraylar tikilib, çoxlu nəzarət qüllələri var. Çay qəsrin önündən keçir, odur ki, kiçik darvazadan nə atılarsa, çaya tökülür. Tiflis Arana aid edilir, (ona) əvvəl müsəlmanlar hakim idi, indi isə artıq 110 ilə yaxındr ki, ora gürcülər hakimdirlər (söhbət kartvellərdən yox, xristian qıpçaq – gürcülərdən gedir). Oranın əhalisi müsəlmanlardır, dində qatı təkallahlı və qəriblərə dostdurlar, çoxlu məscidləri var və namaza da yaxşı səsləyirlər.”
Məlumat üçün bildirək ki, bu hal uzun sürməmiş və şəhər tezliklə Azərbaycanın tərkibinə qayıtmışdı. Onu da xatırladaq ki, Abxaziya, eləcə də bugünkü Gürcüstan (keçmiş Tiflis xanlığı) Azərbaycanın digər şimal əraziləri ilə birlikdə 1813 – cü ildə Gülüstan müqaviləsi əsasında Azərbaycan səltənətinin tərkibindən qoparılaraq  Rusiyanın yurisdiksiyasına keçmişdi. Bu fakt sözügedən müqavilənin 3 –cü bəndində öz əksini tapmışdır. Orada deyilir: “Şah Əlahəzrətləri  Əlahəzrət Bütün Rusiya imperatoruna səmimi dostluq hisslərinin sübutu üçün təntənəli surətdə həm öz adından, həm də taxtının ali vəliəhdləri adından Qarabağ və indi Yelizavetpol adı altında əyalətə çevrilmiş Gəncə xanlıqları, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış (bu xanlığın Rusiya İmperiyasının hakimiyyəti altında olan torpaqları) xanlıqlarının, bununla bərabər Dağıstan, Gürcüstan (Şuragölü əyaləti ilə birlikdə) İmeretiya, Quriya, Minqreliya və Abxaziya eyni dərəcədə, hazırda bərqərar edilmiş sərhəd Qafqaz xətti (bu sonuncuya və Xəzər dənizinə aid olan torpaqlar və xalqlarla birlikdə) arasındakı bütün mülk və torpaqların Rusiya İmperiyasının mülkiyyətinə mənsub olduğunu qəbul edir. “
Bu maddədən göründüyü kimi, Azərbaycanın Qacarlar hökuməti Gürcüstanın (Tiflis xanlığının) və bu gün Gürcüstanın tərkibində olan İmeretiya, Quriya, Minqreliya və Abxaziyanın, eləcə də Dağıstanın, yəni Qazi Qumuq xanlığının da digər Azərbaycan əyalətləri kimi Azərbaycandan Rusiyaya keçməsinə məcbur və boyun olmuşdur. Bu isə o deməkdir ki, həmin torpaqlar rus işğalına qədər Azərbaycana aid idi. Azərbaycan tarixşünaslığı bu barədə susur. Türkməncay müqaviləsinin 3-cü maddəsində isə Azərbaycanın başqa bir xanlığının – İrəvan xanlığının adı çəkilir. Tiflisin aid edildiyi Azərbaycanın Aran vilayətinə gəlincə, bu vilayət haqqında eyni mənbədə (Əcaib əd – dünya) bunlar yazılmışdır: “Arran. Münbit yerdir, naz – nemətlə zəngindir, şahların qışlaq yeri olub. Dünyanın heç bir yerində Arranda olduğu qədər imarət yoxdur. Heç bir yerdə buradakı qədər çoxlu sayda türk yoxdur. Deyirlər ki, orada yüz min türk atlısı var. Arranın eni və uzunu 30 X 40 fərsəngdir.” Təqribən eyni dövrdə Şihabəddin Nəsəvi isə yazmışdır: “Arranda türkmənləri bir yerə toplasaydılar, qarışqa və çəyirtgə yığnağını xatırladardı”. Maraqlıdır ki, bəzi ərəb müəllifləri Arandan (Arrandan) danışarkən onu iki hissəyə bölmüşlər. Məsələn, İbn Hövqəl (X əsr) “hər iki Arran” ifadəsini işlədərək, Kabk (Kazbek, Qafqaz) hakimlərinin Azərbaycan hökmdarına vergi verdiklrini qeyd edir, Azərbaycan hökmdarını isə “Azərbaycan, Ərməniyyə və hər iki Arranın şahı” adlandırır. Bu isə o deməkdir ki, həm Aran, o cümlədən bugünkü Gürcüstanın böyük bir hissəsi və tarixi Ərməniyyə (Van gölü və ətrafı) Azərbaycanın əyalətlərindən və tərkib hissəsindən başqa bir şey olmamış, Quzey Qafqaz xalqları da Azərbaycandan asılı olmuşlar. Yəni “Azərbaycan dedikdə, Arazdan güneydəki torpaqlarımzla yanaşı, Qafqazın bütünü – həm güneyi, həm də quzeyi başa düşülməlidir.
Bəxtiyar Tuncay
(ardı var)

 

Xəbər xətti