Prezident İlham Əliyev Ağstafa rayonuna səfərə gəlib

13:08 - 19 Oktyabr 2016 - Xəbər

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ağstafa rayonuna səfərə gəlib.
Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verdi. Bildirildi ki, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.


Xəbər xətti