İran hərbi gəmiləri Bakıya gəlib

11:10 - 19 Oktyabr 2016 - ÖLKƏ İÇİ

İran hərbi gəmiləri Bakı limanına çatıb. "Report" xəbər verir ki, "Demavend" minaatan gəmisi və "Çoşun" raket daşıyan gəmisi axır ki, Bakı limanında lövbər sala bilib.

Tanışlıq məqsədi daşıyan səfər çərçivəsində 200 nəfərdən ibarət olan gəmilərin ekipajları Bakıyla tanış olacaq, azərbaycanlı həmkarları ilə görüş keçirəcək, eləcə də Azərbaycan hərbçiləri ilə futbol üzrə yoldaşlıq matçında üz-üzə gələcəklər.
Qeyd edək ki, gəmilər əlverişsiz hava şəraitinə görə, sutkaya yaxın müddətdə limanda lövbər sala bilməyib.

Xəbər xətti