Ana səhifə
28 May 2018

Velosiped üzrə Azərbaycan çempionatı yekunlaşdı

Oktyabrın 7-də Quba, Qusar və Xaçmaz rayonları ərazisində 100-ə yaxın velosipedçinin iştirak etdiyi çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına yekun vurulub.
AzərTAC xəbər verir ki, Gənclər və İdman nazirliyi və Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışa ilk dəfə olaraq Bakı və Sumqayıt velosipedçiləri ilə yanaşı, Oğuz rayonunda fəaliyyət göstərən velosiped bölməsinin idmançıları da qatılıb. Açıq çempionatda Gürcüstan yığma komandasının 10 üzvü də medallar uğrunda mübarizə aparıb.
Velosipedçilər dörd gün ərzində üç kateqoriya üzrə fərdi və qrup ötüşməsi mərhələlərində yarışıblar. Hər üç kateqoriyada çempionatın birincisi Azərbaycan idmançıları olub. Belə ki, Xankişi İskəndərov U-15, Kərim Şirəliyev U-17 kateqoriyası üzrə qalib adını qazanıblar. ELİT kateqoriyada isə Elgün Əlizadə ən yüksək nəticə göstərib.
Qaliblərə medallar və diplomlar təqdim olunub.

Tarix
7 Oktyabr 2014 [22:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin