Elmar Məmmədyarov Maldiv adalarının XİN başçısı ilə görüşüb

14:35 - 18 Oktyabr 2016 - SİYASƏT

 İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında iştirak etmək məqsədilə Daşkənddə işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Maldiv adaların xarici işlər naziri Məhəmməd Asim ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Maldiv arasında siyasi, iqtisadi və turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.
Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığa toxunan tərəflər seçkili orqanlarda namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparıblar.
XİN başçıları görüşdə eləcə də İƏT-in Xarici İşlər Nazirləri Şurasının gündəliyi və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər. 

Emin

Xəbər xətti