Azərbaycan 2020-ci ilə alternativ enerjinin payını 20%-ə çatdıracaq

Azərbaycan 2030-cu ilədək qaz tullantılarını 35%-ə qədər azaltmağı hədəfləyir. "Report" xəbər verir ki, bu barədə Bakıda bu gün işə başlayan "Dayanıqlı inkişaf üçün Enerji" VII Beynəlxalq Forumu çərçivəsində keçirilən mətbuat konfransında Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib. A.Bədəlov qeyd edib ki, hazırda ölkənin enerji balansında alternativ enerji mənbələrinin payı 16%-ə qədər təşkil edir. Agentlik sədri 2020-ci ildə enerji balansında alternativ enerjinin payının 20%-ə çatdırılmasının hədəfləndiyini bildirib.

A.Bədəlovun sözlərinə görə, ötən il Azərbaycanda istehsal edilən elektrik enerjisinin 2 mlrd. kVt/saatı alternativ enerji sahəsində əldə olunub.

Agentlik rəhbəri Azərbaycanda 2030-cu ilədək isə alternativ və bərpa olunan enerji mənbələrinin ümumi enerji balansında payının 25%-ə çatdırılacağını qeyd edib. 

Tarix
18 Oktyabr 2016 [11:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-10-18 11:27:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin