Küçədə huşsuz kişi tapılıb - FOTO

11:26 - 18 Oktyabr 2016 - HADİSƏ

Bakıda naməlum kişini don vurub. "Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Məlumata görə, ötən gecə hüquq-mühafizə orqanının əməkdaşları Sabunçu rayonu, Bakıxanov qəsəbəsində parkda hələlik adı məlum olmayan, təxminən 30 yaşlı kişiyə rast gəlib. Məlum olub ki, onun paltarları çıxarılaraq yanındakı selofan paketə yığılıb.

Təcili tibbi yardım vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan şəxsin don vurduğu məlum olub. O, huşunu itirib. Həkimlərin verdiyi məlumata görə, həmin şəxsin vəziyyəti orta ağırdır.
Hüquq-mühafizə orqanının əməkdaşları onun döyüldüyünü ehtimal edir.
Şəxsin kimliyinin müəyyənləşdirilməsi,  o cümlədən  hadisənin baş vermə səbəbləri istiqamətində araşdırma aparılır. 


Xəbər xətti