İlk robot-polis işləməyə başlayacaq

11:19 - 18 Oktyabr 2016 - MARAQLI

Dubayda ilk robot-polis 2017-ci ildə istismara veriləcək. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Əmirlik şəhərinin mətbuat mərkəzindən bildiriblər.

Qeyd edək ki, daha əvvəl Dubay polisinin dörd il ərzində "robokop"lar təqdim edəcəyi xəbər verilmişdi.
Xatırladaq ki, ötən il Dubay polisi başqa bir hay-tek texnologiyadan - "Google Glass" texnologiyasından istifadəyə başlayıb. Onun köməkliyi ilə patrul polisi yollarda qaydaları pozanları qeydiyyat nömrələri üzrə asanlıqla müəyyənləşdirə bilir.

Xəbər xətti