Qubada güclü qar rayonun 8 kəndi ilə nəqliyyat əlaqəsini kəsib

11:17 - 18 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Qubaya yağan güclü qar rayonun 8 kəndi ilə nəqliyyat əlaqəsini kəsib. Ucnoqta.az xəbər verir ki, oktyabrın 16-dan 17-ə keçən gecədən başlayaraq yağan yağış sonra qara çevrilib.

Xınalıq kənd sakinlərinin verdiyi məlumata görə, qarın hündürlüyü 50 santimetdən çoxdur. Hazırda qonşu kəndlərdə də eyni vəziyyətdir.
Buduq kəndi Böyük Qafqaz silsiləsində olduğu üçün burada qarın hündürlüyü 55 sm-dir. Hazırda qarın yağması davam edir. 

Xəbər xətti