Bakıda 4 yaşlı uşağı avtomobil vurub

16:38 - 17 Oktyabr 2016 - HADİSƏ

 Bakıda 4 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un xəbərinə görə, hadisə Səbail rayonu, 20-ci sahə, Yüzbəy Mürsəlov küçəsi 37 ünvanının qarşısında qeydə alınıb. Belə ki, yaşadığı evin qarşısında 2012-ci il təvvəllüdlü Tunar Məmmədlini avtomobil vurub.  Xəsarət alan uşaq hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti