Ana səhifə
21 Noyabr 2018

Ebola virusu Avropaya çatdı - HƏYƏCAN!!!

Ebola virusunun yayılma arealı getdikcə genişlənir. 40 yaşlı ispaniyalı tibb bacısı Qərbi Afrika hüdudlarından kənarda bu virusa yoluxan ilk şəxs olub. Bu barədə Euronews telekanalı məlumat yayıb. Tibb bacısı Madrid xəstəxanasında Syerra-Leonedən qayıtmış və sentyabrın sonlarında Ebola virusundan vəfat etmiş keşişə tibbi xidmət göstərib. Onda xəstəliyin ilk əlamətləri iki həftə əvvəl peyda olsa da o, yalnız hərarəti yüksəldikdən sonra həkimə müraciət edib. Hazırda xəstəxana xüsusi nəzarətə götürülüb.
Dünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, Ebola virusundan 3500 nəfər ölüb. Alimlər ehtiyat edirlər ki, oktyabrın sonunadək virus Fransa və Böyük Britaniyaya da gəlib çıxa bilər.

Tarix
7 Oktyabr 2014 [21:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin