Gəncədə avtomobil yanıb

18:56 - 16 Oktyabr 2016 - HADİSƏ

Gəncədə avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Qaz" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti