Hacıqabulda yanğın olub

12:01 - 16 Oktyabr 2016 - HADİSƏ

Hacıqabulda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, Hacıqabul rayonu, Qızılburun kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı yeməkxananın lambirdən ibarət tavanı 80 m2 sahədə yanıb.Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti