Masazırda avtomobil piyadanı vurub

15:59 - 15 Oktyabr 2016 - HADİSƏ

Abşeron rayonunun Masazır qəsəbəsində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, oktyabrın 14-də saat 23 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Azad Allahverdiyev vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər xətti