Bakıda 20 yaşlı qız üçüncü mərtəbədən yıxılıb

17:44 - 14 Oktyabr 2016 - HADİSƏ

Bakıda 20 yaşlı qız üçüncü mərtəbədən yıxılıb. Hadisə Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi ev 29 mənzil 48 ünvanında qeydə alınıb. Orada yaşayan 1996-cı il təvəllüdlü Aygün Hüseynova yaşadığı binanın üçüncü mərtəbəsinin eyvanından yıxılaraq xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Xəbər xətti