Ana səhifə
13 Noyabr 2018

Bakıda Miss Union 2017-nin milli seçimi keçiriləcək- FOTO

Qalib Avstriyaya yollanacaq


2017-ci ilin əvvəlində Bakıda “Miss Union 2017” Beynəlxalq Gözəllik Müsabiqəsinin milli seçimi keçiriləcək. Bunu ucnoqta.az-a  “Miss Union”un Azərbaycandakı direktoru, Milli geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova deyib. Qalib 2017-cu ilin martında Vyanada (Avstriya) keçiriləcək müsabiqənin finalında iştirak edəcək.
 “Miss Union” öz mədəniyyətini və ənənələrini zərifliklə ahəng təşkil edən müasir üslubda təmsil edən müxtəlif ölkələrin gözəllərinin birliyidir və müsabiqə iştirakçıları üçün ənənələr, gözəllik və mehribanlıq məcmusu kimi ölkəsini təmsil etmək imkanıdır. “Miss Union” xeyriyyə layihəsinin əsas məqsədi onkoloji xəstəliklərlə mübarizə üçün vəsaitlərin yığılmasıdır. Müsabiqənin əsas devizi: "Dünyanı gözəllik xilas edəcək". Münsiflər heyəti iştirakçıları aşağıdakı göstəricilər üzrə qiymətləndirir  -  xarici obraz, milli mədəniyyətin və intellektual bacarıqların təqdimatı.
 Xatırladaq ki, “Miss Union 2016”ın finalı avqustda Bakıda keçirilib. Gürcüstanlı Maya Amaşukeli qalib olub.

Tarix
14 Oktyabr 2016 [15:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin