Siyavuş Novruzov: “Qanuna ediləcək dəyişiklik imkan yaradacaq ki, korrupsiya hallarının qarşısı alınsın”

12:34 - 14 Oktyabr 2016 - SİYASƏT

 “"Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna ediləcək dəyişiklik imkan yaradacaq ki, korrupsiya hallarının qarşısı alınsın”.“Report”un xəbərinə görə, bunu Milli Məclisin (MM) plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişiklik layihəsi müzakirə olunarkən deyib.
O qeyd edib ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu işin öhdəsindən uğurla gəlir, bu işlər davam etməlidir: “Korrupsiya halı ilə bağlı məlumatı gizlətmək özü bir cinayətdir. Bunun üçün məsuliyyət müəyyən olunmalıdır. Yalan məlumat verənlərin qarşısı alınmalıdır. Sovet dövründə kimsə hansısa şəxsi yoxlamaq istəyirsə, özü anonim məktublarla müraciətlər edirdi, sonra həmin şəxslə bağlı araşdırmalara başlanılırdı”.
S.Novruzov vurğulayıb ki, korrupsiya halı ilə bağlı məlumat verən şəxsin təhlükəsizliyi də əsas məsələlərdəndir.

Xəbər xətti