Bakıda heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapılıb

17:24 - 13 Oktyabr 2016 - HADİSƏ

 Bakıda heyvanlar tərəfindən parçalanmış kişi meyiti aşkarlanıb. APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Sakinlər rayonun Puta qəsəbəsinə gedən yolda, yol kənarında naməlum meyitin itlər tərəfindən parçalandığının şahidi olublar. Dərhal əraziyə polis əməkdaşları çağırılıb.
  Hadisə yerinə baxış keçirilərkən meyitin qollarının və ayaqlarının heyvanlar tərəfindən parçalandığı məlum olub.
 Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.  
 Hazırda ölən şəxsin kimliyinin və ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. 

Xəbər xətti