Avropa Şurası ofisinin rəhbəri: "Azərbaycan Aİ və İƏT arasında körpü ola bilər"

16:45 - 13 Oktyabr 2016 - SİYASƏT

Bakıda "Şərq Tərəfdaşlığı" ölkələri, o cümlədən Azərbaycan üçün nəzərdə tutulmuş layihələr üzrə ortamüddətli hesabatın təqdimatı keçirilib. "Report" xəbər verir ki, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqan Filipoviç proqram və layihələr haqqında ətraflı məlumat verib. O, bu layihələrə dəstək verdiyinə görə bütün tərəfdaşlara həm Avropa Şurası, həm də Azərbaycan adından təşəkkür edib.
Azərbaycanın vacibliyini qeyd edən D.Filipoviç əlavə edib ki, Azərbaycan təkcə Avropa və Asiya arasında yox, həm də Avropa İttifaqı ilə İslam Əməkdaşlıq Təşkilatı arasında körpü ol bilər.
Öz növbəsində, Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayıb. O bildirib ki, layihələr çərçivəsində tərəflər orada nəzərdə tutulmuş müxtəlif sahələr üzrə təcrübələrini bölüşəcəklər.
Qeyd edək ki, Azərbaycanda 2015-2017-ci illər üzrə proqram əməkdaşlığı çərşivəsində olan 4 proqramın əsas məqsədi media və ifadə azadlığının genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üçün imkanların gücləndirilməsi və s.
Layihənin dəyəri 4,7 milyon dollardır. O, Avropa Şurası və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.

Xəbər xətti