Rusiya İrana S-300 təchizatını başa çatdırıb

16:10 - 13 Oktyabr 2016 - DÜNYA

 Rusiya İrana S-300 zenit-raket sistemləri tədarükü üzrə müqavilə öhdəliklərinin icrasını tamamlayıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Aleksandr Fomin Yerevanda keçirilən "ArmHiTec-2016" silah sərgisində məlumat verib.

"Bütün divizionlar qarşı tərəfə çatdırılıb", - deyə o bildirib. Ancaq A.Fomin zenit-raket sistemlərinin sayı barədə məlumat verməyib.

Xəbər xətti