Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

15:57 - 13 Oktyabr 2016 - HADİSƏ

 Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. “Opel” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər sərnişin, 1975-ci il təvəllüdlü Vəfa Əliyeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər xətti