İraq Türkiyəyə nota verib

15:24 - 13 Oktyabr 2016 - DÜNYA

 İraq hökuməti türk hərbçilərin Başika bölgəsində mövcudluğuna etiraz olaraq Türkiyəyə nota verib. "Report" "Hurriyet"ə istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Ahmed Cemal bildirib. Onun sözlərinə görə,Türkiyənin Bağdaddakı səfiri Faruk Kaymakçı məsələ ilə bağlı İraq XİN-ə çağırılıb və ona rəsmi olaraq nota təqdim edilib. 
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin 500 hərbçisi üç ildir Mosul əyalətinə bağlı Başika bölgəsinə yerləşdirilib. Onlar İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraqın şimalında Kürd Muxtar Bölgəsinin silahlılarına təlim keçir.

Xəbər xətti