Ana səhifə
17 Noyabr 2018

Bekhemin oğlu "Arsenal"da oynayacaq - FOTO

Devid Bekhemin böyük oğlu “Arsenal” klubu ilə saziş bağlayıb.

 

Ucnoqta.az-ın məlumatına görə, İngiltərə yığmasının keçmiş oyunçusu Devid Bekhemin böyük oğlu Bruklin Bekhem London “Arsenal”ında kariyerasına başlayıb. 

15 yaşlı oyunçu ilə razılıq bu mövsümün sonuna kimi imzalanıb. Əgər Bruklin özünü müsbət tərəfdən göstərə bilsə, onunla çoxillik müqavilə imzalanacaq.

O da bildirilir ki, “Çelsi” və “Mançester Yunayted” klublarının ona marağına baxmayaraq “Arsenal” futbolçu ilə razılığa gələ bilib. Oyunçunun atası 14 il ərzində “qırmızı şeytanlar” üçün oynayıb və ehtimal olunurdu ki, Bruklin futbolla orada məşğul olmağa başlayacaq.

Bekhem ailəsinin böyük oğlu özünü daha əvvəl fotomodel kimi sınayıb. O, xüsusilə “Man About Town” (Elit təbəqə) jurnalı üçün çəkilib.

Bruklindən başqa London klubunun tərkibində Devid Bekhemin 12 yaşlı ortancıl oğlu Romeo da çıxış edir. O, 13 yaşdan yuxarı olmayan oyunçuların komandasını təmsil edir.(ANS PRESS)

Tarix
9 Noyabr 2014 [21:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin