ABŞ Yəmənin 3 radiolokasiya stansiyasına zərbə endirib

11:28 - 13 Oktyabr 2016 - DÜNYA

ABŞ Yəmənin 3 radiolaokasiya stansiyasına zərbə endirib. "Reuters" xəbər verir ki, bu haqda ABŞ-ın Müdafiə Naziriliyi məlumat yayıb. İnformasiyaya görə, ABŞ-ın hərbi gəmilərinin raket atəşinə tutulmasına bunun cavab olması yoxlanılır. Qeyd edək ki, oktyabrın 12-də ABŞ-ın Yəmən sahillərində fəaliyyət göstərən "USS Mason" esminesi, eləcə də onu müşahidə edən desant nəqliyyat gəmisi "USS Ponce" yenidən raket atəşinə tutulması barədə xəbər yayılıb. Məlumata görə, oxşar hadisə oktyabrın 10-da da baş verib. Onda Pentaqon cavab tədbirinin görülməsi məsələsini gözdən keçirəcəyini bəyan etmişdi.

Xəbər xətti