Azərbaycan Premyer Liqasında VIII turun bütün oyunları Bakıda keçiriləcək

14:50 - 12 Oktyabr 2016 - İDMAN

 Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, II dövrənin ilk turunun görüşləri 2 gün ərzində keçiriləcək. "Qarabağ" bu mövsüm ev oyununu ilk dəfə öz stadionunda - "Azərsun Arena"da keçirəcək. Bütün qarşılaşmalar Bakıda təşkil olunacaq və CBC Sport kanalı ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, VIII tur
15 oktyabr
16:00. "İnter" - "Qəbələ"
Bakı. "İnter Arena"
18:30. "Qarabağ" - "Sumqayıt"
Bakı. "Azərsun Arena"
16 oktyabr
16:00. AZAL - "Kəpəz"
Bakı. "AZAL Arena"
18:30. "Zirə" - "Neftçi"
Bakı. Zirə İdman Kompleksinin stadionu.

Xəbər xətti