Ana səhifə
23 Sentyabr 2018

Azərbaycanın ən böyük bayrağı havaya qaldırıldı

Dövlət Bayrağı Günü ilə bağlı bazar günü Azərbaycanın ən böyük bayrağı ictimaiyyətin iştirakı ilə havaya qaldırılıb.

 

Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin təşkilatçılığı ilə Dövlət Bayrağı Meydanında Azərbaycan bayrağı ucaldılıb.

Tədbir səhər saatlarında hərbi orkestrın musiqi sədaları və uşaq xorunun dövlət himnini səsləndirilməsi ilə başlayıb. Mərasim ictimaiyyətə açıq olub

Nəhəng bayraq onlarla insanin çiynində meydana gətirilib və 162 m hündürlüyə qaldırılıb.

Qeyd edək ki, Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.

Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Tarix
9 Noyabr 2014 [15:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin