Robert Prosineçki: "Heç kimin əsəbi bu qədər gərginliyə tab gətirə bilməz"

14:36 - 11 Oktyabr 2016 - İDMAN

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki siqaret çəkməsinə münasibət bildirib. "Report"un Çexiya mətbuatına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis siqaret çəkməyin fəlakət olduğunu deyib.R.Prosineçki bildirib ki, siqaret çəkmək fəlakətdir: "Ancaq siqareti tərgidə bilmirəm. Əksinə, baş məşqçi olduqdan sonra daha çox siqaret çəkirəm. Heç kimin əsəbi bu qədər gərginliyə tab gətirə bilməz. Futbolçu karyeranı həmişə yüksək səviyyədə keçirməyinə heç kim zəmanət verə bilməz. Tanınmış futbolçu olduğumdan mənə tanınmış məşqçi olmaq lazım deyildi. Futbolçu kimi həmişə qələbə qazanmışam. İstəyirəm ki, bu amili Azərbaycanın futbolçularına da aşılayım".

47 yaşlı baş məşqçi Azərbaycanda çalışmasından da danışaraq, ölkədə futbola istəyin artdığını vurğulayıb: "Mənim Azərbaycanda əsas məqsədim oyunçulara qələbə ruhunu, sona qədər mübarizə aparmağı aşılamaqdır. Bakı AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərdən biridir. Bu, Azərbaycan üçün açar rolunu oynayır. Artıq hər kəs yerli əhalinin hansı mentalitetə sahib olduğunu bilir. Bura idman ölkəsidir və insanlar futbolu sevirlər. Bu ölkənin böyük potensialı var. İnfrastrukturlar var və futbola böyük yatırımlar edilir. Xeyli gənc oyunçu var".

Xəbər xətti