Vladimir Putin Ermənistana səfər edəcək

14:34 - 11 Oktyabr 2016 - DÜNYA

 Rusiya prezidenti Vladimir Putin oktyabrın 14-də Ermənistana səfər edəcək.APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasına qatılacaq. İclasda beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə, KTMT-nin cavabdeh olduğu ərazilərdəki vəziyyət, təşkilatın kollektiv təhlükəsizlik sisteminin perspektivləri müzakirə olunacaq. Şuranın iclasında təşkilata sədrlik Ermənistandan Belarusa keçəcək.

Xəbər xətti