Qazaxıstan prezidenti Azərbaycana səfərindən sonra Ermənistana yollanacaq

11:21 - 11 Oktyabr 2016 - SİYASƏT

Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfər edəcək. "Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb. Oktyabrın 14-də Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək. İclasda Qazaxıstan prezidenti ilə yanaşı, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya və Tacikistan dövlət başçılarının da iştirakı planlaşdırılır. Xatırladaq ki, oktyabrın 12-də N.Nazarbayev Azərbaycana rəsmi səfər edəcək.

Xəbər xətti