CAR-da polislə tələbələr arasında qarşıdurma olub

11:00 - 11 Oktyabr 2016 - DÜNYA

Cənubi Afrika Respublikasının (CAR) paytaxtı İohhanesburqda universitet tələbələri ilə polis arasında qarşıdurma olub. "Report" "Reuters"ə istinadən xəbər verir ki, tələbələr pulsuz təhsil, yaxud təhsil haqlarının azaldılmasını tələb edirlər. İnformasiyaya görə, etiraz aksiyaları bir həftədən artıqdır davam edir. Xəbərə əsasən, ölkə prezidenti Ceykoba Zuma aztəminatlı tələbələrə yardımı davam etdirəcəklərini, ancaq pulsuz ali təhsil olmayacağını deyəndən sonra etiraz aksiyaları başlayıb.

Xəbər xətti