Vladimir Putin: "Neft hasilatının dondurulması yeganə doğru qərardır"

17:39 - 10 Oktyabr 2016 - DÜNYA

 "Rusiya hasilatın məhdudlaşdırılması üzrə birgə tədbirlərə qatılmağa hazırdır və digər neft ixracatçılarını da buna çağırır. Biz OPEC-in limit müəyyənləşdirmək təşəbbüsünü dəstəkləyirik". "Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İstanbulda keçirilən XXIII Dünya Enerji Forumunda deyib.

"Yaranmış vəziyyətdə neft hasilatının dondurulması qlobal enerji sabitliyini qorumaq baxımından yeganə doğru qərardır" - V.Putin bildirib.
Onun sözlərinə görə, bu addım bazar mexanizmlərinin işini pozmayacaq, əksinə, neft-qaz bazarının yenidən tarazlaşmasını sürətləndirəcək.
"OPEC-in noyabr ayında keçiriləcək iclasında bu ideyanın kokret razılaşma formasına salınacağına, bununla da bazarlara və investorlara müsbət siqnal veriləcəyinə, spekulyativ fəaliyyətin qarşısının alınacağına və ən əsası, neftin qiymətində yeni tərəddüdlərin qarşısının alınacağına ümid edirik" - Rusiya dövlət başçısı vurğulayıb.

Xəbər xətti